Qazaxıstanda ev heyvanları üçün COVID vaksini hazırlandı
Qazaxıstanda xüsusi olaraq ev heyvanları üçün nəzərdə tutulan koronavirusa qarşı peyvənd istehsal olunub.
Ölkənin Beynəlxalq Vaksin Mərkəzi tərəfindən hazırlanan “Naruvax-C19” peyvəndi pişiklər üzərində sınaqdan keçirilib.
Preparatın Nur-Sultanda keçirilən təqdimat mərasimində bir sıra ev heyvanlarının koronavirusa yoluxma riskinin yüksək olduğu qeyd edilib. Bildirilib ki, məhz onlar COVID-in təhlükəli mutasiyalarının ortaya çıxmasına səbəb ola bilərlər. Odur ki, sevimli “ev sakinləri”nin də vaksinasiyadan keçirilməsi mühüm əhəmiyyət daşıyır.