azia.az
azia.az

Bu şəhərdə əlaçı şagirdlər ictimai nəqliyyatda PULSUZ GEDƏCƏKLƏR

23-10-2021, 09:45

Bu şəhərdə əlaçı şagirdlər ictimai nəqliyyatda PULSUZ GEDƏCƏKLƏR
Ulan-Udedə (Buryatiya Respublikası) məktəblilərə yaxşı təhsil almaq üçün pulsuz ictimai nəqliyyat təklif olunub.

Azia.az xəbər verir ki, 2 saylı marşrutda çalışan iki sürücü böyüməkdə olan nəsli əlaçı olmağa həvəsləndirmək və ya müxtəlif fənlərdən daha çox "beş" almaq üçün belə aksiya təşkil edib.
O, 2 saylı marşrutun mikroavtobusunda aşağıdakı məzmunlu bir reklam yerləşdirib: “Gündəliyində “5” aldığını göstərən şagirdə gediş haqqı pulsuzdur”.

Bütün şəhər sakinləri bundan tez xəbər tutaraq sosial şəbəkələrdə sürücünün xeyirxahlığını yüksək qiymətləndiriblər.

Poselski deyib ki, İnternetdə başqa şəhərlərdə avtobus sürücülərinin bəzən belə etdiyini görüb. O, dərhal qərara gəlib ki, dərslərindən əla qiymət alan şagirdlərdən gediş haqqı almamaqla bağlı təşəbbüs irəli sürməlidir. Artıq həmin marşrutda işləyən digər sürücülər də Poselskinin təşəbbüsünə dəstək veriblər.

Ulan-Udedə ictimai nəqliyyatda gediş haqqı 24 rubldur. “Beş” qiymət alıb iki dəfə pulsuz dərsə gedib gələn məktəblilər, məsələn, bir şokolad puluna qənaət edə biləcəklər.///lent.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi