azia.az
azia.az

Nazaryandan ŞOK İTTİHAM: “Əsgərlərə çiyələk verdiniz və minlərlə insanı öldürdünüz, indi nə planlayırsız?”

4-09-2021, 14:07

Nazaryandan ŞOK İTTİHAM: “Əsgərlərə çiyələk verdiniz və minlərlə insanı öldürdünüz, indi nə planlayırsız?”
Paşinyan administrasiyasının sədr müavini Taron Çaxoyan məzuniyyətdə olan erməni əsgərlərindən bir ilə görüşüb və suallar verib. Çaxoyan əsgərin cavabının digər hissəsinə diqqət çəkməyə çalışıb: “Hər şey yaxşıdır, bizə istirahət günləri kabab hazırlayırlar, lakin dadlı olmur”.

Azia.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Geqam Nazaryan öz Facebook səhifəsində yazıb:

“Taron! nəyə görə əsgərin xidmət etdiyi ərazinin adını yazmırsan? “Martuni 3”, “Martuni 2”, “Hadrut alayı”, diviziya, yaxud bəlkə də İşxanadzorda? (Qubadlının Xanlıq kəndi). Niyə soruşmadın, bəlkə Hadrutda xidmət etdiyini deyəcəkdi. Mən də səndən xahiş edərdim ki, Abqar (müharibə zamanı ölən oğlu -red.), Mxitar, Narek, Aram və digərlərinin necə olduğunu ondan soruşasan… Biz də oğullarımızın kabab və qızartmadan razı qalıb-qalmadığını bilərdik”.

Daha sonra erməni deputat bunları deyib: “Siz əsgərləri çiyələklə təmin etdiniz və minlərlə insanı öldürdünüz. İndi nə etmək istəyirsən? Bununla nə demək istəyirsən?”- Geqam nazaryan fikirlərini tamamlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi