azia.az
azia.az

Qız kimi görünən kişilər efirə buraxılmayacaq – Televiziyalara göstəriş verildi

3-09-2021, 19:42

Qız kimi görünən kişilər efirə buraxılmayacaq – Televiziyalara göstəriş verildi
Çin hökuməti televiziyalarla bağlı maraqlı qadağa tətbiq edib.

Azia.az xəbər verir ki, qadağaya görə, bundan sonra qız kimi görünən, saçları uzun olan və ya xanım geyimlərinə bənzər libaslardan istifadə edən kişilər efirə buraxılmayacaq. Bildirilir ki, son dövrlər Çində bir çox insan anomal estetik əməliyyatlar etdirərək, görünüşülərini dəyişir. Onların efirə çıxması gənclər üçün pis təbliğat olur və Çinin mədəni dəyərlərini təhlükə altına atır. Rəsmi dairələr çinli müğənnilərin, gənclərin Cənubi Koreyalı və yapon məşhurları təqlit etməsindən narahatdır.

Bu səbəblərə görə, bundan sonra Çin mədəniyyətinin dəyərlərini təmsil edən şəxslər efirlərə buraxılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi