Argentina prezidenti xəstəxanalıq oldu
Argentina prezidenti Maurisio Makri ürək aritmiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hazırda M.Makri paytaxt Buenos-Ayresin “Clinica de Olivos” xəstəxanasındadır.
Onun həyatına təhlükə olmadığı bildirilir.
Qeyd edək ki, ötən gün rəsmi mənbələr prezidentin səhhətində problem yaranması barədə yayılan məlumatları təkzib etmişdilər.