Ev yandı: ər və arvadı xəstəxanalıq oldu
Cəlilabadda yaşayış evində partlayış olub.
Cəlilabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Privolnoye kəndində qeydə alınıb. Kənd sakini Muxtar Rzayevin yaşadığı evdə məişətdə istifadə edilən qaz balonunun nasazlığından ani partlayış baş verib. Nəticədə yanğın olub və yanıq xəsarəti alan M.Rzayev, arvadı Nərmin, qohumları Jalə Rzayeva, Alidə Rzayeva və Ülkər Əsgərova xəstəxanaya yerləşdiriliblər. J. Rzayevanın vəziyyəti orta-ağır, digərlərinin vəziyyətləri qənaətbəxşdir.