Saxta ağrıkəsici həb 12 nəfərin həyatına son qoydu
ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində 12 nəfər ağrıkəsici həblərin həddən artıq yüksək dozasından dünyasını dəyişib.
Bu barədə "ABC" telekanalı məlumat yayıb.
Xəbərdə bildirilir ki, son vaxtlar məşhur "Norco" dərmanının saxta variantının qəbul edilməsi səbəbindən ümumilikdə 52 zəhərlənmə hadisəsi qeydə alınıb.
Ölkənin hüquq-mühafizə orqanları 12 insan həyatına son qoymuş analgetikin istehsalçılarının axtarışına başlayıb. San-Fransiskoda yeddi nəfər fentanil analgetikinin həddən artıq yüksək dozasından istifadə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
ABŞ-ın Narkotiklərin Yayılmasına qarşı Mübarizə İdarəsindən bildiriblər ki, dərman "Norko"nun ağrıkəsən həbləri kimi hazırlanıb və qablaşdırılıb. İdarə narahatlığını gizlətmir. Çünki Kaliforniyanın Sakramento və Yolo dairələrində 52 nəfər zəhərlənib. Onlardan 12-nin həyatını xilas etmək mümkün olmayıb.
Federal idarə San-Fransiskoda, Sakramentoda və Yoloda dərmanların qablaşdırmalarında nişanların eyni olduğunu müəyyən edib.
"İndi əsas prioritetimiz optimal müddətdə araşdırmanı başa çatdırmaqdır. "Biz analgetikin yayıldığı bütün məntəqələri axtarırıq və onun yaranması ilə yayılması arasında əlaqəni təyin etməyə çalışırıq", - deyə idarənin nümayəndəsi Keys Rettiq bildirb.
O qeyd edib ki, narkotika alverçilərinin heroini daha ucuz fentanillə qablaşdırıb, təmiz heroin kimi satmalarına dair çoxsaylı faktlar var. Narkotik maddələrin bu cür yayılmasının əsas mənbəyi Meksikadır.