azia.az
azia.az

"Daha bir rus təyyarəsi vurulmalıdır"

17-05-2016, 09:56

 "Daha bir rus təyyarəsi vurulmalıdır" Türkiyə Parlamentinin millət vəkili Şamil Təyyarın daha bir rus təyyarəsinin vurulması barədə dedikləri zarafat imiş. Bu barədə millət vəkili özü "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, Basketbol üzrə Avroliqa finalında “Fənərbaxça”nin Mosvanın “ЦСКА” komandasına 96:101 hesabı ilə məğlubiyyətindən sonra "atmosferi dəyişmək" istəyib. Türkiyənin hiddətləndiyini görən deputat "imkan daxilində rus təyyarəsi mütləq vurulmalıdır!" cümləsini işlədib.
Sosial şəbəkənin istifadəçiləri Türkiyə deputatının bu sözlərini neqativ qarşılayıblar. Onların fikrincə, ötən ilin payızından münasibətləri kəskinləşən Rusiya və Türkiyə arasında bundan sonra daha da gərginləşə bilər.
Rusiya və Türkiyə arasında münasibətlər noyabrın 24-də Türkiyə qırıcı təyyarəsinin Rusiyaya məxsus Su-24 təyyarəsini vurmasından sonra korlanıb. Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də, Rusiya tərəfi bu iddiaları rədd edib. Bundan başqa, Rusiya Türkiyənin bu addımını "arxadan vurulan zərbə" adlandırıb.
Münasibətlərin gərginləşməsi nəticəsində 2016-cı il yanvarın 1-dən Rusiya Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoyub, çarter reyslərini ləvğ edib, eyni zamanda, birtərəfli qaydada vizasız rejimin fəaliyyətini dayandırıb. Rusiya həmçinin öz vətəndaşlarına şirkətlərinə türk vətəndaşlarını işə götürməyə də qadağa qoyub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi