Qarabağda daha çox aktivlik gözləməyin...
Vladimir Putinə Rusiyanı Dağlıq Qarabağdakı vəziyyətə müdaxilə etməyə çağıran iş adamı Ruben Vardanyanın müraciəti barədə məlumat verilib.
Virtualaz.org bildirir ki, bu barədə "RBK" Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına istinadən xəbər verir.
Peskov bu cür müraciətlərin emosional fonunu anlaşılan adlandırıb və Moskvanın bütün səylərinin atəşkəsə və tərəflər arasında danışıqların bərpasına yönəldiyini vurğulayıb.
"İndiki vəziyyətdə daha aktiv addımlar təsəvvür etmək çətindir", - deyə mətbuat katibi Rusiyanın münaqişənin həllində fəaliyyətinin gücləndirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.