azia.az
azia.az

Prezident Trampdan Çini qəzəbləndirəcək AÇIQLAMA: “Pekini cəzalandırmaq üçün…”

7-05-2020, 11:21


ABŞ-da Trump administrasiyası qlobal tədarük zəncirində Çinin rolunu azaltmaq üçün gördüyü tədbirləri sürətləndirir.
Prezident Trampdan Çini qəzəbləndirəcək AÇIQLAMA: “Pekini cəzalandırmaq üçün…”
Azia.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Pekini koronavirusun yayılması ilə əlaqədar cəzalandırmaq üçün yeni gömrük rüsumları tətbiq etməyi düşünür. Prezident Donald Tramp, ABŞ-da prezident seçkilərindən əvvəl Çinə münasibətini sərtləşdirdikdən sonra istehsal müəssisələrini xaricdən ölkəyə gətirəcəyini vəd etmişdi. ABŞ rəsmiləri, pandemiyanın səbəb olduğu iqtisadi çətinliyi və ölkədə həyatını itirənlərin sayının artdığını qeyd edərək ABŞ-ın istehsal asılılığını Çindən uzaqlaşdırmağa çalışdıqlarını açıqlayıblar.

ABŞ-ın Xarici İşlər Nazirliyinin enerji, ətraf mühit və iqtisadi İnkişaf departamentinin rəhbəri Kit Kraç bu prosesi daha da sürətləndirəcəklərini açıqlayıb: “Biz bir neçə ildir ki, bunun üzərində işləyirik, hazırda isə bu təşəbbüsü sürətləndiririk. Düşünürəm ki, kritik vəziyyətin olduğunu və problemlərin yaşandığını anlamaq lazımdır”.

Qeyd edək ki, Ticarət və Xarici İşlər Nazirliklərindən əlavə, dövlət qurumlarını da təchizat və istehsalat işlərini Çindən kənarda köçürməyə məcbur etmək üçün müəyyən tədbirlər planlaşdırılır. Onların arasında vergi güzəştləri və subsidiyalar nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi