Şanxayda otellər və turizm obyektləri yenidən işə başlayıb
Çinin Şanxay şəhərində 5200-dək otel və 83% turizm obyekti koronavirusla bağlı məhdudiyyətlərdən sonra fəaliyyətini bərpa edib.
Azia.az xəbər verir ki, otellər və turizm mərkəzləri gündəlik 30%-dən çox olmayaraq ziyarətçi qəbul edə bilər. Turistlərin qeydiyyatının aparılması da mütləqdir.
Sahibkarlar və menecerlər məkanların girişində, dar yollarda sıxlığın qarşısını almaq üçün ziyarətçi axınını yönləndirməlidirlər.