Həkimlərin səhlənkarlığı 78 nəfəri knavirusa yoluxdurub
Çinin Harbin şəhərində həkimlərin səhlənkarlığı 78 nəfəri knavirusa yoluxdurub
365.az xəbər verir ki, bu barədə “The Paper” məlumat yayıb.
Hadisədən sonra qeydiyyatı olmayan şəxslərin şəhərə girişi qadağan edilib. Məlum olub ki, 87 yaşlı Çen özünü pis hiss etdiyi üçün həkimlərə müraciət edib. Aprelin 2-dən 6-dək qızdırması olduğu üçün şəhərin ikinci xəstəxanasına yerləşdirilib.
Lakin, buna baxmayaraq həkimlər tərəfindən qocaya koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar test aparılmayıb.
6 aprel tarixində xəstə xüsusi mühafizə olmadan Harbin Tibb Universitetinin ilk xəstəxanasına köçürülüb. Səkkiz saatdan sonra onda aparılan test müsbət nəticə verib. Nəticədə Çen birbaşa və ya dolayı yolla 78 nəfəri koronavirusa yoluxdurub.
Faktla bağlı cinayət işi açılıb. Aparılan istintaqdan sonra Harbin Bələdiyyə sədrinin müavini də daxil olmaqla 18 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.