azia.az
azia.az

Rusiya İranla sərhədi bağladı

7-03-2020, 11:13


Rusiya hökuməti İrandan gələn xarici vətəndaşların ölkəyə girişini müvəqqəti olaraq qadağan edib.
Rusiya İranla sərhədi bağladı
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə müvafiq qərar Rusiya Nazirlər Kabinetinin saytında dərc olunub.

Qərar yeni tip koronavirusun yayılması ilə əlaqədar qəbul edilib və martın 7-si yerli vaxtla saat 00-dan qüvvəyə minib.

Qərara əsasən, Rusiya Federasiyasının dövlət sərhədindən əmək fəaliyyətini həyata keçirmək, təhsil almaq, həmçinin özəl, turist və tranzit məqsədləri ilə İran İslam Respublikasının ərazisindən gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə buraxılışı müvəqqəti olaraq dayandırılıb.

Qeyd olunub ki, məhdudiyyət Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin vətəndaşlarına, təyyarələrin ekipajlarına, rəsmi nümayəndə heyətlərinin üzvlərinə və Rusiya Federasiyasında yaşamaq icazəsi olan şəxslərə şamil edilmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi