azia.az
azia.az

Gənc qız metroda Paşinyanın verdiyi bukleti cırıb üstünə tulladı

7-03-2020, 11:11

Gənc qız metroda Paşinyanın verdiyi bukleti cırıb üstünə tulladı
Baş nazir Nikol Paşinyan Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı aprelin 5-də keçiriləcək referendum ərəfəsində Yerevanda təşviqat aparır.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən bildirir ki, martın 6-da təşviqat yeri kimi metro seçilib, sərnişinlərə referendumda “bəli” deməyə çağıran bukletlər paylanıb.

Paşinyan tərəfindən "bəli" yazısı olan bukletlər paylanarkən xoşagəlməz hadisə baş verib. Gənc qız bukleti cırıb və baş nazirin üstünə atıb. Paşinyan isə öz növbəsində buna “Hər şey yaxşıdır, fikrinizə hörmətlə yanaşırıq, demokratiya elə bunun üçün mövcuddur” deməklə reaksiya verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi