Poçt bağlamasında içində insan beyni olan şüşə qab tapıldı
Kanada və ABŞ-ın sərhəddində saxlanılan poçt maşınında içində bir adamın beyni olan şüşə qab tapılıb. Bu barədə Lenta.ru xəbər yayıb. Dəhşətli tapıntı patrul əməkdaşları tərəfindən Miçiqan ştatının sərhədində maşının kabinəsində aşkarlanıb.
Bankanın üstünə “Təlim üçün antik nümunə” yazılıbmış.
Sürücü şüşə qabı Kanadanın Toronto şəhərindən ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərinə apardığını deyib.
Patrul əməkdaşları insan beyninin daşınması üçün lazımi sənədlərin olmadığını əsas gətirərək qabı müsadirə ediblər.
Hadisə ilə bağlı yoxlamalara başlanılıb.