azia.az
azia.az

Türk generaldan şok: F-35 Türkiyəyə niyə verilmədi?

25-07-2019, 11:35

Türk generaldan şok: F-35 Türkiyəyə niyə verilmədi?
Azia.az təqdim edir. ABŞ Türkiyənin regional güc olmasını istəmir. Axar.az xəbər verir ki, bunu Türk Miras Vəqfinin iclasında çıxışı zamanı Türkiyənin Baş Qərargah rəisinin keçmiş müavini Ergin Sayqun deyib.“Qərb üçün Yaxın Şərqdə önəmli olan İsrailin və enerji qaynaqlarının təhlükəsizliyini təmin etməkdir. İsrailə düşmən olan bütün ölkələr neytrallaşdırılıb. Bu siyahının sonunda Türkiyə yer alır. Bunu təəssüf edərək söyləyirəm, amma reallıq budur. Türkiyə ilə ABŞ arasında problemlər S-400-dən daha böyükdür. S-400 məncə, kiçik bir məsələdir. Əgər S-400-ü bitirmək məsələsiylə bağlı razılaşsaq, əminəm ki, yeni tələblər ortaya çıxacaq. ABŞ Türkiyənin müstəqil xarici siyasətindən məmnun deyil və Türkiyənin regional güc olmasını istəmir”, – deyə o bildirib
Sayqun ABŞ üçün Yaxın Şərqdə əsas məsələnin İsrail və neft olduğunu deyib:

“S-400-lər F-35-lərin məxfi məlumatlarını ortaya çıxarmayacaq. Bunların özəlliyini artıq Rusiya, Çin və ya texnoloji casusluğu istifadə edənlər çoxdan bilirlər. Türkiyənin F-35 layihəsindən uzaqlaşdırılması 10 il öncə xarici əlaqələr komissiyasında müzakirə edilmişdi. Ona görə ki, Türkiyə F-35-ləri alacağı təqdirdə Yaxın Şərqdəki balansı dəyişdirəcəkdi. İsrailin havadakı üstünlüyü yox olacaqdı. Amerika və Qərb üçün Yaxın Şərqdə iki önəmli məsələ var. Bunlardan biri İsrail, digəri isə enerji resurslarının təhlükəsizliyidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi