azia.az
azia.az

Dünyanın ən eybəcər avtomobilləri — SİYAHI və FOTOLAR

7-05-2019, 07:49

Dünyanın ən eybəcər avtomobilləri — SİYAHI və FOTOLAR
Bir çox avtomobil istifadəçisi üçün nəqliyyat vasitəsi çox əhəmiyyət kəsb edir. Bu səbəbdən də avtomobil istehsalçıları hər il modelləri təkmilləşdirirlər. Bəziləri isə bazar keyfiyyətini unudur və ortaya eybəcər modellər çıxır. “Ölkə.Az” bu gün oxucularına dizayn və görünüşünə görə ən uğursuz və eybəcər avtomobil modellərini təqdim edir.

Dünyanın ən eybəcər avtomobilləri — SİYAHI və FOTOLAR
Lightburn Zeta

Modeli “Lamborghini” istehsal edib. Betonqarışdıran şirkətin istehsal etdiyi model belə oldu. “Lamborghini” səhvini tezliklə anladı və 1965-ci ildə “Zeta”nı istehsaldan yığışdırdı.
Dünyanın ən eybəcər avtomobilləri — SİYAHI və FOTOLAR
Pontiac Aztec

Ailəvi miniven Meksikada istehsal edilib. Bəlkə də ailəvi olduğuna görə korpusu ütü formasında olub. Bununla yanaşı, ön panelə bəzi idman elementləri əlavə ediblər.
Dünyanın ən eybəcər avtomobilləri — SİYAHI və FOTOLAR
Covini C6W

İdman üslublu bu avtomobil “Formula -1” bolidi əsasında hazırlanıb. Hətta yarış mərhələlərindən birinin də qalibi olub. Amma reqlamentə cavab vermədiyi üçün yığışdırılıb.
Dünyanın ən eybəcər avtomobilləri — SİYAHI və FOTOLAR
Sebring-Vanguard CityCar

Floridanın kiçik şirkəti şəhər üçün büdcə avtomobili istehsal edib. Bir dövr onun forması populyar olsa da, 1978-ci ildə dəbdən düşdü. Bu günə qədər də fanatlar və kolleksionerlər tərəfindən sevilir.

Dünyanın ən eybəcər avtomobilləri — SİYAHI və FOTOLAR
Fiat Multipla

“Fiat”ın bu modeli ördəkburuna bənzəyir. Avtomobilin ön hissəsində üç cərgə fənər var. Ön şüşə ilə kapotun arasındakı hissə insanın buxaq hissəsinə oxşayır. Cihazlar qurğusu isə panelin mərkəzinə yerləşdirilib. Niyə?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi