azia.az
azia.az

Havanın temperaturu 25 dərəcəyə yüksələcək -PROQNOZ

12-04-2019, 15:39

Havanın temperaturu 25 dərəcəyə yüksələcək -PROQNOZ
Bakıda və Abşeron yarımadasında aprelin 13-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-20, Bakıda gecə 9-11, gündüz 17-19 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında aprelin 13-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi