azia.az
azia.az

18 yaşı olmayanlara enerji içkilərinin satışı məhdudlaşdırılsın - TƏKLİF

31-01-2019, 16:29

18 yaşı olmayanlara enerji içkilərinin satışı məhdudlaşdırılsın - TƏKLİF
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 18 yaşa qədər olan şəxslərin enerji içkilərdən istifadə etməsinin məhdudlaşdırılmasını təklif edib.

Azia.Az xəbər verir ki, Q.Təhməzli çıxışında enerji içkilərinin insan orqanizminə mənfi təsirinin kofeinin miqdarı və həzmə sürətlə daxil olmasından asılı olduğunu deyib.

Q.Təhməzli bildirib ki, bu içki soyuq qəbul edildiyindən ani olaraq mədədə sovrulma hissi baş verir:

“Süni qan dövranının sürətlənməsi ilə yalançı oyanıqlıq sistemi yaranır. İnsanlar da elə düşünür ki, bu, gümrahlıq hissidir. O, insan sağlamlığı üçün böyük təhdiddir. Soyuq çaylar insan bədəninə soyuq şəkildə daxil olsa da, kofeinin miqdarı 11 mq ölçüsündədir.

Ümumiyyətlə, 18 yaşa qədər olan şəxslərin bu içkilərdən istifadə etməsi məhdudlaşdırılmalıdır. Enerji içkilərinin markalanması zamanı üzərində kofeinin miqdarı bildirilməlidir. Bununla bağlı hökumətə müraciətimiz oldu. AMEA bizə rəy ünvanlayıb və fikirlərimiz üst-üstə düşüb”.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi