azia.az
azia.az

Enerji içkiləri yenidən ucuzlaşdı - Aksiz təxirə salındı

15-01-2019, 09:21

“Azia.az” verdiyi xəbərə görə, “Hell Azərbaycan” şirkətinin marketinq dirketoru Müşviq İsgəndərov bildirib ki, aksiz vergisinin tətbiq edilməsi bu ilin fevral ayının ortalarına qədər təxirə salındığı üçün onlar enerji içkilərini həmin müddətə qədər köhnə qiymətlə satacaqlar.
Vergi qanunvericiliyinə edilən dəyişikliklərdən sonra spirtli içkilərlə birgə enerji içkilərinin də qiymətləri artmışdı. Lakin yeni məlumata görə, aksiz vergisinin tətbiq edilməsi bir qədər ləngiyib.

Yanvarın 1-dən 1 manatdan 2 manata qalxan “Hell” bu gün yenə əvvəlki qiymətinə, 1 manata satılır.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi