azia.az
azia.az

Tahir Salahovun oğurlanmış əsəri lombardda tapıldı

14-12-2018, 14:02

Tahir Salahovun oğurlanmış əsəri lombardda tapıldı
Azia.az təqdim edir. Tanınmış rəssam Aydan Salahova atası, SSRİ xalq rəssamı Tahir Salahovun oğurlanmış əsərini lombardda tapıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı Aydan Salahova “Facebook” hesabında məlumat verib.

Onun sözlərinə görə, əsərləri Salahovun keçmiş şəxsi asistenti və yaxın dostu Mayk Xoukmen oğurlayıb.

“Yaxın dostundan əsərləri satmaq adı ilə götürüb. İki il və daha çox müddətində həmin rəsmi və ya onun pulunu necə qaytarmamaq olar?! Sonra isə onu dəyər-dəyməzinə satıb. Bəzilərini isə dəyərindən aşağı qiymətə lombarda təqdim edib”, - Salahova bildirib.

O əlavə edib ki, Xoukmen nəinki onu, eyni zamanda, digər məşhur rəssamları aldadıb. Xoukmendən pulları gözləməkdən yorulan Salahova və həmkarları hüquq-mühafizə orqanlarına müraciət edib.

Polisdə Xoukmen əsərləri verdiyi lombardın ünvanını açıqlayıb. Tapılan əsərlər arasında Tahir Salahovun “Palmalar – Tormolinos. İspaniya” və “Gecə palmaları – Benalmaden-Kosta” əsərləri də olub.

Qeyd edək ki, bu, Xoukmenin ilk dələduzluğu deyil. 2015-ci ildə rusiyalı rəssam Vladimir Burakovskinin “Neokonçennıy pasyans” əsərini satmaq adı ilə rəssamın nəvəsi Mariyadan alıb və geri qaytarmayıb. O, əsəri itirdiyini bildirib.

Bundan sonra Mariya Burakovskaya məhkəməyə müraciət edib. Məhkəmənin qərarı ilə Xoukmen üç il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və 500 min rubl (12 min 800 AZN) məbləğində cərimə ödəməli olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi