azia.az
azia.az

Ağasif Şakiroğlu: “Mən də ibadət edirəm, amma bunu təbliğat vasitəsinə çevirməyi doğru hesab etmirəm”

Bu gün, 21:36

Azərbaycanın dünyəvi dövlət quruluşu Konstitusiya ilə təsbit edilmiş fundamental prinsipdir və bu məsələdə dövlət maraqları əsas götürülməlidir.

 

Bunu Pravda.az-a təhsil müəssisələrində vahid geyim qaydaları ətrafında aparılan müzakirələrlə bağlı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

O təəssüf hissi ilə qeyd edib ki, bəzi qüvvələr vətəndaşların saf dini duyğularından, hətta azyaşlı azyaşlılardan öz siyasi və ideoloji maraqları naminə istifadə etməyə çalışırlar: “Dini inancların siyasi manipulyasiya vasitəsinə çevrilməsi qəbuledilməzdir. Azərbaycan dünyəvi dövlətdir! Bu, müzakirə mövzusu deyil, konstitusion reallıqdır! Məktəblərdə vahid şagird formasının, müəllimlər üçün müəyyən edilmiş geyim qaydalarının tətbiqi dinə qarşı mübarizə deyil, qanuni tələblərin və dünyəvi təhsil prinsiplərinin təmin edilməsidir. Universitetlərdə də dünyəvi akademik mühit qanunvericiliyə və vətəndaşların konstitusion hüquqlarına uyğun qorunmalıdır. Məktəb dini təbliğat və siyasi qarşıdurma meydanı deyil. Məktəb elm, təhsil, milli tərbiyə və dövlətçilik düşüncəsinin formalaşdığı müqəddəs ocaqdır. Heç kəs dini inancları bəhanə gətirərək qanunun aliliyini şübhə altına ala, uşaqlarımızı ideoloji mübarizənin alətinə çevirə bilməz. Eyni zamanda, heç bir vətəndaş dini etiqadına görə ayrı-seçkiliyə məruz qalmamalıdır. Dövlətin dünyəviliyini dinə qarşı mübarizə kimi təqdim etmək, dini inanclı vətəndaşlarımızı dövlətə qarşı qoymaq cəhdləri heç şübhəsiz ki, müxtəlif dairələrin hiyləgər gedişləridir, məqsəd də milli birliyimizə zərbə vurmaqdır. Biz inanclara hörmət edirik, lakin dövlətimizin konstitusion prinsiplərinin siyasi və dini manipulyasiyalara alət edilməsini yolverilməz hesab edirik. Azərbaycanın dövlət maraqları, Konstitusiyanın aliliyi, milli birliyimiz və övladlarımızın gələcəyi bütün siyasi və ideoloji maraqlardan üstündür. Bu gün mən də ibadət edirəm. Amma ibadətim özüm üçündür. Etdiyim ibadət mənlə yaradan, Allah arasındadır. Evdə, xüsusi ibadət yerlərində ibadət edirəm, bunu təbliğat vasitəsinə də çevirməyi doğru hesab etmirəm. Məgər mütləqdirmi ki, Allahla mənim aramda olan əlaqəni - ibadəti hər kəs görsün? Heç şübhəsiz ki, nə edilən yaxşılıqlar, nə də edilən ibadət başqalarına göstərmək üçündürsə, artıq yaxşılıq-yaxşılıqdan, ibadət də ibadətliyindən çıxmış olur. Gərək cəmiyyətimiz bu tip məsələlərə birtərəfli qayda da baxmasın. Baxış tərzimizi dəyişmək zamanı çoxdan yetişib. Unutmayaq ki, müasir dünyada böyük baxışlar hər zaman uğur əldə edir. Dar düşüncələr isə zamanla məhv olur…”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi