azia.az
azia.az

İstanbulda terror həyəcanı: İŞİD üzvü öldürüldü

Bu gün, 08:34

İstanbulda terror aktı törətməyə hazırlaşdığı bildirilən İŞİD üzvünə qarşı xüsusi əməliyyat keçirilib.

“Bakupost” xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Məlumata görə, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) və İstanbul Təhlükəsizlik İdarəsinin birgə apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində İŞİD terror təşkilatı ilə əlaqəli olduğu və Türkiyə ərazisində terror aktı hazırladığı müəyyən edilən 21 yaşlı Berkan Ç.-nin yeri müəyyənləşdirilib.

Şübhəli şəxsin saxlanılması məqsədilə İstanbulun Sultanbəyli rayonunda əməliyyat keçirilib.

Valiliyin açıqlamasına görə, əməliyyat zamanı Berkan Ç. təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərərək atəş açıb. Cavab atəşi nəticəsində o, zərərsizləşdirilib.

Atışma zamanı hadisə yerində olan bir mülki şəxs də yaralanıb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi