azia.az
azia.az

Alen Simonyan Azərbaycana gələcək

Bu gün, 13:56

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdə sülh prosesinin dərinləşdirilməsinin müzakirə edildiyini bildirib.

Simonyan jurnalistlərə açıqlamasında Azərbaycan tərəfinin sülhlə bağlı bütün addımları atdığını və atmağa davam edəcəyini məmnunluqla qeyd edib.

"Razılaşdıq ki, indiyədək həllini tapmayan məsələlərin tənzimlənməsi üçün yeni mexanizmlər tətbiq edək”, – deyə Simonyan bildirib.

Ermənistan rəsmisi həmçinin Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlayıb. Belə bir görüş daha əvvəl Təhlükəsizlik Şurasının katibi vəzifəsində Armen Qriqoryanın olduğu dövrdə də planlaşdırılmışdı.

"Belə bir səfər edəcəyimi istisna etmirəm, lakin bununla bağlı hər hansı tarix deyə bilmərəm”, – Alen Simonyan qeyd edib.
 
///Modern.az 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi