azia.az
azia.az

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

Bu gün, 12:45

Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası ilə bağlı ən son məlumat açıqlanıb.

Redaktor.az Ədliyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, 2026-cı ilin geridə qalan dövründə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 760 uşağa verilib.

Statistikaya əsasən, oğlan adları sırasında sonrakı yerləri Raul (536), Hüseyn (465), Əli (462), Yusif (379), Murad (314), Ömər (313) tutur.

Bu il qız uşaqlarına ən çox Melisa adı verilib – 512.

Qız uşaqlarına ən çox qoyulan digər adlar belə sıralanır: İnci (484), Məryəm (473), Aylin (472), Nilay (444), Zəhra (426), Ayla (419), Zeynəb (384).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi