“Sea breeze”də hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.