"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR - FOTOFAKT
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti (ASC) “Agrodrip” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə satınalma müqaviləsi imzalayıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, müqavilə suvarma şəbəkələrinin təmiri və yenidən qurulması üçün boruların, aksesuarlarının və müvafiq avadanlığın satın alınmasını nəzərdə tutur. Bağlanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 249 944.6 AZN təşkil edir.
Tenderin qalibi olan və nizamnamə kapitalı cəmi 100 AZN təşkil edən "Agrodrip" MMC-nin dövlət büdcəsinə 3 877.16 AZN vergi borcu var. Hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 2, ev 1A/6, mənzil 24 olaraq qeydiyyata alınan şirkətin qanuni təmsilçisi Elşad Əkbər oğlu Ağakişiyevdi.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin sədri Cavid Abdullayevdir.