Mirşahindən "televizora baxmıram" deyənlərə ən ağır sözlər... - VİDEO
"Media Masası" verilişinin ikinci buraxılışında "Real TV"nin baş direktoru Mirşahin Ağayev televiziya ilə bağlı səsləndirilən fikirlərə sərt reaksiya verib. Yenilik.az SAVASHMEDİA.az-a istinadla xəbər verir ki, emosional çıxışı ilə diqqət çəkən Mirşahin Ağayev xüsusilə "televizora baxmıram" deyən şəxsləri sərt şəkildə tənqid edib. O bildirib ki, belə ifadələri qəbul etmir:
"Mənim yanımda "televiziyaya baxmıram" deyənlərə ağır cavab verirəm. Necə yəni baxmıram? Mən onlara ən ağır sözlər deyirəm. Bu, mənim fəaliyyət zonama müdaxilədir", - Mirşahin Ağayev bildirib.
Verilişin həmin hissəsini təqdim edirik:
<embed width="100%" height="480" src="https://player.bax.tv/embed/224875.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>