azia.az
azia.az

Keyfiyyətli əti necə müəyyən etmək olar? - CAVAB

Dünən, 10:32

Kəsimdən sonra ətdə geri dönməz bioloji proseslər başlayır və bu prosesləri yalnız fasiləsiz soyuq zəncir ləngidə bilir. Əgər soyudulma prosesi hətta bir saatlıq pozularsa, ətin daxilində bakteriyaların sayı bir neçə saat ərzində sağlamlıq üçün təhlükəli həddə çata bilər.

Xəbər verilir ki, bu haqda həkim Mariya Zolotaryova məlumat verib.

Onun sözlərinə görə, ət alarkən ilk növbədə səthinin vəziyyətinə diqqət yetirmək lazımdır. Təzə ətin səthi bir qədər nəm olsa da, sürüşkən və yapışqan olmur. Yapışqan təbəqənin yaranması isə "Pseudomonas" və "Micrococcus" cinsinə aid bakteriyaların əzələ toxumasındakı zülalları parçalamağa başlamasının əlamətidir.

Mütəxəssis bildirib ki, təzə ətin kəsik hissəsi mioqlobinin təsiri ilə tünd albalı rəngindən çəhrayı çalara qədər dəyişir. Ət oksigenlə təmasda olduqda mioqlobin oksimioqlobinə çevrilir və ət 10–30 dəqiqə ərzində parlaq qırmızı rəng alır. Bu isə təzə ət üçün normal göstərici hesab olunur.

Aytəkin TOFİQQIZI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi