azia.az
azia.az

Deputat: “Təəssüf ki, Avropa ölkələrində isti havalara hazırlıq yetərli olmayıb”

Bu gün, 07:58

“Son günlər Avropanın bir sıra ölkələrində müşahidə olunan rekord istilər və bunun nəticəsində baş verən insan tələfatı iqlim dəyişikliklərinin artıq gələcəyin deyil, bu günün problemi olduğunu bir daha göstərir. İnkişaf etmiş hesab olunan ölkələrin belə bu cür fövqəladə hava hadisələri qarşısında ciddi çətinliklərlə üzləşməsi göstərir ki, heç bir dövlət bu risklərdən tam sığortalanmayıb. Təəssüf ki, Avropa ölkələrində çox hallarda isti hava dalğalarına hazırlıq, əhalinin vaxtında məlumatlandırılması, xüsusilə, yaşlıların, xroniki xəstələrin və digər həssas qrupların qorunması istiqamətində görülən tədbirlər yetərli olmayıb. Nəticədə, qarşısı müəyyən qədər alına bilinəcək itkilər qeydə alınıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

 

Deputatın sözlərinə görə, bu hadisələr bütün ölkələr üçün ciddi dərs olmalı, fövqəladə hallara hazırlığın, səhiyyə sisteminin dayanıqlılığının və erkən xəbərdarlıq mexanizmlərinin daha da gücləndirilməsini zəruri etməlidir: “Təəssüf doğuran məqamlardan biri də budur ki, bəzi Avropa institutları müxtəlif məsələlərdə digər ölkələri tez-tez tənqid etsələr də, bu gün öz ölkələrində baş verən ciddi problemlər fonunda eyni həssaslıq və obyektiv yanaşma nümayiş etdirmirlər. Bu isə bir daha göstərir ki, beynəlxalq münasibətlərdə ikili standartlardan deyil, qarşılıqlı əməkdaşlıqdan və ümumi problemlərin birgə həllindən çıxış etmək daha doğrudur”.

 

Aytəkin Qardaşova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi