azia.az
azia.az

Peşə bayramınız mübarək, Azərbaycan Polisi!!!

Bu gün, 11:48

Peşə bayramınız mübarək,  Azərbaycan Polisi!!!  

 Xatırladaq ki, Ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. 2 iyul Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümüdür. Həmin gün Dövlət səviyyəsində təntənə ilə qeyd edilir. 

Qeyd edim ki, Daxili İşlər Nazirliyi (DİN) və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində əhəmiyyətli rol oynayıb. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib.. Xüsusilə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər nazirliyin tarixinə ən mühüm mərhələ kimi daxil olub.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhid oldu. 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər isə orden və medallara layiq görülüb.

Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

Azərbaycan Polisi güclü maddi-texniki bazaya malik, ictimai asayişin, hüququn aliliyinin qorunduğu və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır…

 

Sabunçu rayon Polis idarəsinin əməkdaşları asayişin keşiyindədir

 

Sabunçu rayon Polis idarəsinin əməkdaşları cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar qəsdlərdən qorumağa, mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin mühafizəsini əzmlə həyata keçirir. Uşaqlarla nizam və intizamı təşkili, narkotiklərlə mübarizəni, həmçinin  ictimai asayişin və təhlükəsizliyin təmin olunmasını, habelə qanunvericiliklə müəyyənləşdirilmiş digər vəzifələri layiqincə yerinə yetirməyə qadirdir və hazırdır.

Bu mənada nazir Vilayət Eyvazov başda olmaqla Daxili İşlər nazirliyinin kollektini və sakini olduğum Sabununçu rayon Poli İdarəsinin rəhbərliyini eyni zamanda əməkdaşlarını Polis günü münasibəti ilə təbrik edirik.

Yaqut Zeynalova,

Azia.az

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi