DSX Akademiyasının kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil edilmişdir
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil edilmişdir.![]()
Ekskursiya zamanı kursantlar sərhəd mühafizə bölmələrində olmuş, sərhədçilərin xidməti fəaliyyəti, müasir texniki vasitələrdən istifadə imkanları, şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraiti ilə yaxından tanış olmuşlar. Onlara dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, müasir sərhəd mühafizəsi sistemləri, eləcə də bu sahədə tətbiq olunan innovativ yanaşmalar barədə ətraflı məlumat verilmişdir.![]()
Səfər çərçivəsində kursantlar qısa müddət ərzində bölgədə inşa edilmiş yeni yaşayış məntəqələri, müasir avtomobil yolları, körpülər, inzibati binalar, sosial infrastruktur obyektləri və digər mühüm layihələrlə tanış olmuşlar.![]()
Şuşanın zəngin tarixi-mədəni irsi, Füzuli və Xankəndidə yaradılmış müasir infrastruktur, Zəngilan və Cəbrayıl rayonlarında həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Qubadlı rayonunda aparılan abadlıq və yenidənqurma işləri kursantlarda xüsusi maraq doğurmuşdur.![]()
Kursantlar ekskursiya zamanı apardıqları müşahidələrin onlarda böyük qürur hissi yaratdığını ifadə etmiş, gələcəkdə Vətənə, xalqa və Ali Baş Komandana şərəflə xidmət edəcəklərinə, Azərbaycan Respublikasının dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması naminə bütün bilik və bacarıqlarını səfərbər edəcəklərinə əminliklərini ifadə etmişlər.
Səfər çərçivəsində kursantların ziyarət etdikləri şəhər və rayonlarda xatirə fotoşəkilləri çəkilmişdir.