azia.az
azia.az

Azərbaycanda qeydiyyatsız toxum satışı qadağan olunur

Bu gün, 10:18

Azərbaycanda toxum istehsalı və satışı ilə məşğul olan şəxslər üçün yeni qeydiyyat tələbi tətbiq olunur.

Xəbər verilir ki, məsələ “Toxumçuluq haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, toxum istehsalı, emalı, tədarükü, saxlanması, ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslər toxum əməliyyatçısı hesab olunacaq və onların fəaliyyəti Reyestr üzərindən tənzimlənəcək. 

Sənədə görə, toxum əməliyyatçılarının Reyestrdə qeydiyyatı müvafiq qurum tərəfindən altsistem vasitəsilə aparılacaq. Toxum istehsalı ilə məşğul olan əməliyyatçılar 10 ildən bir, digər toxum əməliyyatçıları isə 3 ildən bir qeydiyyatdan keçməli olacaqlar. Qeydiyyat nəticəsində onlara Reyestrdən yazılı və ya elektron çıxarış veriləcək. 

Qanun layihəsində açıq şəkildə göstərilir ki, Reyestrdə qeydiyyata alınmamış toxum əməliyyatçılarının toxumçuluq sahəsində fəaliyyət göstərməsi qadağandır. Bu isə o deməkdir ki, qeydiyyatdan keçməyən şəxslər toxum istehsalı, satışı və ya idxal-ixracı ilə məşğul ola bilməyəcəklər.
 

Layihədə toxum istehsalçıları üçün əlavə tələblər də müəyyənləşdirilir. Belə ki, toxum istehsalı ilə məşğul olmaq istəyən şəxslərdən toxumçuluq üzrə mütəxəssisin təhsil sənədi, əkin sahələri, anbar və saxlanc yerləri, həmçinin kənd təsərrüfatı texnikası və toxum emalı avadanlıqları barədə məlumatlar tələb olunacaq. Orijinal və elit toxum istehsalı ilə məşğul olan subyektlər üçün isə seleksiyaçı nəzarəti və aqronomla əmək müqaviləsi kimi əlavə şərtlər nəzərdə tutulur.



Arifə Kərimzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi