azia.az
azia.az

Qurbanlıq neçə nəfər arasında şərikli bölünə bilər

Bu gün, 13:27

Qurban bayramı ərəfəsində vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də bir qurbanlığın neçə nəfər arasında şərikli kəsilə bilməsidir. Xüsusilə, iribuynuzlu heyvanların bir neçə ailə və ya şəxs tərəfindən paylaşılması ilə bağlı suallar daha çox gündəmə gəlir.

Bəs dini qaydalara əsasən hansı heyvanı neçə nəfər şərikli kəsə bilər?

Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli KONKRET.az-a açıqlamasında bildirib ki, şəriət qaydalarına görə kiçikbuynuzlu heyvanlar yalnız bir nəfərin adından qurban kəsilir:


İlahiyyatçı Ağa Hacıbəyli “Din və cəmiyyət”in qonağıdır - 18.03.2022

“Əgər qurbanlıq kiçikbuynuzlu heyvandırsa, məsələn qoç və ya keçidirsə, onu yalnız bir nəfər kəsə bilər. Amma həmin şəxs onu ailəsinin adından niyyət edir.

İribuynuzlu heyvanlara gəldikdə isə, camış, dana və ya dəvə yeddi nəfərə qədər şərikli şəkildə kəsilə bilər. Bu, şəriətin verdiyi hüquqdur və dini qaydalara tam uyğundur”.

İlahiyyatçı qeyd edib ki, şərikli qurban zamanı iştirak edən şəxslərin niyyəti də vacib hesab olunur və hər bir pay sahibi qurban ibadətini yerinə yetirmək niyyəti daşımalıdır.

Aynurə İsmayıl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi