azia.az
azia.az

Yeni ehsan SÜFRƏSİ BELƏ OLACAQ-DƏBDƏBƏYƏ SON

Bu gün, 11:08

Azərbaycanda ehsan ənənələrinə fərqli və faydalı bir baxış bucağı gətirilib.

Bakupost.az xəbər verir ki, Samux rayonunda yerli sakinlərdən biri atasının vəfatından sonra ehsan vermək əvəzinə, yaşadığı kəndin bərbad vəziyyətdə olan yollarını təmir etdirmək qərarına gəlib. Sakin öz şəxsi vəsaiti hesabına kənd küçələrinə asfalt örtüyü çəkdirərək həm valideyninin xatirəsini yad edib, həm də yüzlərlə insanın gündəlik hərəkətini asanlaşdırıb.
Bu qeyri-adi ehsan növü sosial şəbəkələrdə və rayon ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanıb. Layihəni həyata keçirən sakin bildirib ki, adətən insanlar yaxınlarını itirəndə geniş süfrələr açır, israfçılığa yol verən məclislər təşkil edirlər.
Lakin o, bu vəsaiti daha qalıcı və cəmiyyət üçün xeyirli olan bir işə — yol infrastrukturunun yenilənməsinə yönəltməyi daha doğru hesab edib.
Onun sözlərinə görə, atılan bu addım həm atasının ruhuna dua olunmasına vəsilə olacaq, həm də gələcək nəsillər üçün nümunəvi bir təşəbbüs sayılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi