azia.az
azia.az

BAKI EKOLOJİ FƏLAKƏTLƏ ÜZ-ÜZƏ-1 həftədə 133 min manatlıq cərimə

Bu gün, 09:47

Paytaxt Bakıda və regionlarda yaşıllıqlara qarşı vandalizm səngimir. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin son açıqlaması göstərir ki, cəmi bir həftə ərzində Bakıdan Oğuza qədər uzanan ərazilərdə ağaclar kütləvi şəkildə qanunsuz kəsilib, nəticədə təbiətə yüz minlərlə manatlıq ziyan vurulub.

Musavat.com xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron, Qax və Oğuz rayonlarında ciddi qanun pozuntuları aşkarlanıb.

Araşdırmalar zamanı Bakının Nizami, Səbail və Yasamal rayonlarında, Sumqayıt şəhərində, Abşeronun Masazır kəndində, həmçinin Qaxın Qazmalar və Tasmalı kəndləri ətrafında, Oğuzun Filfilli və Yaqublu kəndləri yaxınlığında ağacların qanunsuz kəsildiyi müəyyən olunub. Rəqəmlər isə vəziyyətin miqyasını açıq göstərir. Təkcə son bir həftədə yaşıllıqlara vurulan ziyanın məbləği 133 min 140 manat olub. Bu, şəhərlərin və kəndlərin nəfəsinin kəsilməsi, ekoloji tarazlığın pozulması deməkdir.

Xidmətdən bildirilib ki, hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquqi qiymət verilməsi üçün artıq hüquq-mühafizə orqanlarına göndərilib. Təbiətə qarşı bu münasibət davam edərsə, yaxın illərdə bunun acı nəticələrini cəmiyyət olaraq hamımız hiss edəcəyik.

E.Məmmədəliyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi