azia.az
azia.az

"Ləma" uşaq bağçası və "Əsmanur" tədris mərkəzinin direktoru İlahə Xudu BU PAYLAŞIMLA GÜNDƏMİ DƏYİŞDİ-SUMQAYITDA...

Bu gün, 08:08

Bağça müdiri sükan arxasında təhlükə yaratdı: Övladının və digər sürücülərin həyatını riskə atdı


Sumqayıt şəhərində fəaliyyət göstərən "Ləma" uşaq bağçasının və "Əsmanur" tədris mərkəzinin direktoru İlahə Xudu sosial şəbəkə hesabında paylaşdığı video ilə ciddi müzakirələrə və narazılığa səbəb olub.

32gun.az xəbər verir ki, Görüntülərdə bağça müdirinin avtomobili yüksək sürətlə idarə edərkən hər iki əlini sükandan buraxaraq rəqs etdiyi, diqqətini tamamilə yola deyil, musiqiyə və yanındakı azyaşlı övladına yönəltdiyi aydın şəkildə görünür.

İlahə Xudu idarə etdiyi nəqliyyat vasitəsində təhlükəsizlik kəmərindən istifadə etməməklə yanaşı, yanındakı azyaşlı uşağın da təhlükəsizliyini tamamilə diqqətdən kənarda qoyub; belə ki, azyaşlı xüsusi uşaq oturacağında deyil, ön oturacaqda əyləşib və onun da təhlükəsizlik kəməri bağlanmayıb. Avtomobilin hərəkətdə olduğu müddətdə sürücünün tez-tez əllərini sükandan çəkib rəqs hərəkətləri etməsi və övladı ilə fiziki təmasda olması həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi qəza şəraiti yaradıb.

Təhsil və tərbiyə müəssisəsinin rəhbəri olan bir şəxsin yol hərəkəti qaydalarını bu dərəcədə kobud şəkildə pozması və bunu nümunə kimi sosial şəbəkələrdə nümayiş etdirməsi ictimaiyyət tərəfindən məsuliyyətsizlik kimi qiymətləndirilib. Mütəxəssislər xatırladır ki, sükan arxasında diqqətin yayındırılması və uşaqların ön oturacaqda kəmərsiz daşınması faciəvi yol qəzalarına səbəb olan əsas amillərdən biridir.

VİDEO BU LİNKDƏDİR

Ayaz 




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi