azia.az
azia.az

Kart ödənişləri üzrə olan komissiya həddi vətəndaşa necə təsir edəcək? - AÇIQLAMA

Bu gün, 09:50

Xəbər verdiyimiz kimi, kart ödənişləri üzrə komissiyaların yuxarı həddi müəyyən edilib. Ölkə daxilində ödəniş kartları ilə müəyyən MCC kodları (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təyin edilən kod) üzrə aparılan ödənişlərdə interçeyncin yuxarı hədləri müəyyən olunub. Belə ki, aptek və ərzaq mağazaları (supermarketlər) kateqoriyalarına aid əməliyyatlar üzrə interçeyncin yuxarı həddi ödəniş məbləğinin 1,25%-i, yanacaq (petrol) kateqoriyası üzrə 0,75%-i, ümumi (general) kateqoriya üzrə isə 1,5%-i səviyyəsində müəyyən olunub.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu, ödəniş sisteminin subyektləri arasında olan həddir:

Əkrəm Həsənov gömrükdə müsadirə olunan mallardan danışdı: “Bu, artıq dövlət  əmlakı sayılır” Pravda.az

“Banklararası, plastik kart şirkətləri və s. arasında nəzərdə tutulub. Vətəndaşlar üçün hədd qoyulmur. Amma buna baxmayaraq hədd məsələsi olduğu üçün istər-istəməz vətəndaşın da ödənişləri üzrə komissiyayalara təsir edə bilər. Bu o demək deyil ki, bu birbaşa ona aiddir. Hər bank komissiya haqqını özü müəyyənləşdirir”.

 

Şəhanə Quliyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi