azia.az
azia.az

İş günü qısaldılacaq - Bu tarixdə

10-04-2026, 11:08

Azərbaycanda 26 may tarixi qısaldılmış iş günü olacaq.

Azia.az  Mətbuat.az-a istinadən xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır.

Bu səbəbdən 27 və 28 may tarixlərində qeyd olunacaq Qurban bayramı ilə əlaqədar olaraq 26 may (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq.

Qeyd edək ki, 27, 28, 29, 30 və 31 may tarixləri ardıcıl qeyri-iş günləri olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi