azia.az
azia.az

Bakı Şəhər Heyvanat Parkı təmizlik işlərini yenə Təranə Seyidovanın rəhbərlik etdiyi şirkətə verdi

Bu gün, 08:43

Bakı Şəhər Heyvanat Parkı illik abadlaşdırma və təmizlik işlərinə 309 138 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti yenə “Klinfiks” MMC göstərəcək.

 

Bağlanan müqaviləyə əsasən xidmət mühafizə binasına, sanitar qovşağa (əlillər üçün), veterinar klinikaya, təsərrüfat blokuna, bizonun evinə, heyvanlar üçün mətbəx (yeməkxana) və yanında yerləşən sanitar qovşağa göstəriləcək.

 

Nəzakət Sədir qızı İsayevanın rəhbərlik etdiyi Heyvanat Parkı əvvəlki illərdə də tenderi bu şirkətə verib. MMC-nin Nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi isə Təranə Nazim qızı Seyidovadır.

 

Cabir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi