azia.az
azia.az

Dron hücumunda xəsarət alanlardan üçü evə buraxıldı

5-03-2026, 23:30

İranın Naxçıvana dron hücumu zamanı xəsarət alan şəxslərdən üçü evə buraxılıb.

Azia.az Report-a istinadən xəbər verir ki, yaralılardan üçünün vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə göndərilib.

Xəsarət alanlardan birinin – Əsəd Cəfərovun müalicəsi isə xəstəxanada davam etdirilir. Onun həkim nəzarətində olduğu bildirilir.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi