azia.az
azia.az

Onlayn sifariş istehsalçı tərəfindən ləğv olunduğu halda alıcıdan niyə komissiya tutulur? - AÇIQLAMA

13-02-2026, 16:48

Son zamanlar onlayn alış-veriş zamanı rastlanılan problemlərdən biri də sifarişin uzun müddət gözləməsi və daha sonra isə ləğv olunaraq vəsaitin geri qaytarılmasıdır. Yanlışlıq alıcı tərəfindən yaranmadığı təqdirdə belə vətəndaşdan komissiya haqqının tutulması halları baş verir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu qanun pozuntusudur:

Azərsu” məcburdur ki, suyu saatlarla versin" - Eyyub Hüseynov Pravda.az

“Vətəndaş karqo şirkətinə və ya onlayn ticarətdən aldığı məhsula görə pulu öncədən ödəyibsə və istehlakçının günahı olmadan təchizatçının günahından mal gəlmirsə, Qanunvericiliyə görə, təchizatçı, mal gönədərən ikiqat behi geri qaytarmalıdır. Hansısa komissiya haqqı tutula bilməz. Tutulursa, bu, yanlışdır, istehlakçı hüquqlarının pozulmasıdır və yolverilməzdir. Belə hal olarsa, tövsiyə edirəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər”.

 

Şəhanə Quliyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi