azia.az
azia.az

Vüsal Ağayevin rəis olduğu idarədə 69 min manatlıq "alış-veriş" - Pul görün kimə göndərilir

12-02-2026, 08:43

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tenderinin qalibi ilə müqavilə bağlayıb.

32gun.az xəbər verir ki,  qurum Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu üçün çap mallarının satın alınması həyata keçirilib.

Xidmət üzrə Şakir Seyidtağı oğlu Qənbərov ilə 69 270,6 AZN dəyərində müqavilə bağlanıb.

Xatırladaq ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovdur.  Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Rəis Ağayev Vüsal Vəzir oğludur.

 Ayaz 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi