Yasamal M.Xiyabani küçəsində söküntü başlayır - Evlərə kompensasiya...
Yasamal M.Xiyabani küçəsində söküntü başlayır - Evlərə kompensasiya veriləcək.
Yeni tunel tikintisi nəzərdə tutulub. Bu məqsədilə bir sıra plana düşən evlər söküləcək.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 25 layihənin icrası nəzərdə tutulur.
“Artıq onun bir neçəsində işlərə start verilib, bir neçəsində isə yaxın müddətdə işlərə başlanılması nəzərdə tutulur. O cümlədən, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindən Kənar Dairəvi yola çıxan tunelin inşası nəzərdə tutulur”.
Artıq söküntü işləri ilə bağlı sakinlərə rəsmi bildirişlər təqdim edilib.