“PAL Cooling Holding” və Ərəb Enerji Fondu haqqında daha ətraflı məlumat əlavədə diqqətinizə çatdırılır
“PAL Cooling Holding” haqqında
- PAL Cooling Holding Birləşmiş Ərəb Əmirliklərində mərkəzləşdirilmiş soyutma (district cooling) xidmətləri üzrə 2-ci ən böyük operatordur.
- Şirkət 25 il müddətinə bağlanmış 8 uzunmüddətli konsessiya müqaviləsi əsasında fəaliyyət göstərir.
- 45 mindən artıq müştəriyə xidmət göstərir.
- Uzunmüddətli müqavilələr çərçivəsində 600 min ton soyutma gücü təmin edir.
- Hazırda 5 müasir mərkəzi soyutma zavodu fəaliyyət göstərir, 1 zavod tikilməkdə, 3 zavod isə planlaşdırma mərhələsindədir.
- Gələcəkdə mərkəzi soyutma zavodlarının sayının 9-a çatdırılması planlaşdırılır.
Dayanıqlılıq və ESG
- Mərkəzləşdirilmiş soyutma sistemləri ənənəvi soyutma sistemləri ilə müqayisədə 40–50% daha az enerji sərfiyyatı ilə fəaliyyət göstərir.
- İstifadəçilər üçün mərkəzləşdirilmiş soyutma sistemləri təxminən 20% daha qənaətcil hesab olunur.
- Soyudulmuş suyun saxlanması imkanları sayəsində istehsal olunan soyutma gücünün təxminən 25%-ə qədəri ehtiyatda saxlanıla bilir. Bu mexanizm soyutmanın pik olmayan saatlarda istehsal olunmasına və pik tələbat dövrlərində istifadəsinə şərait yaradaraq enerji səmərəliliyini artırır.
- Layihələr BƏƏ-nin 2050-ci ilə qədər karbon neytrallığına (net-zero) nail olmaq strategiyasına töhfə verir.
Ərəb Enerji Fondu haqqında 
- Fondun əsas səhmdarları neft ixrac edən 10 ərəb ölkəsidir.
- Fond 35-dən çox bazarda fəaliyyət göstərir və enerji dəyər zənciri üzrə dövlət və özəl sektor tərəfdaşları üçün kompleks maliyyələşdirmə həlləri təqdim edir.
- Regionda enerji təhlükəsizliyi, infrastrukturun modernləşdirilməsi və yaşıl keçid layihələrinin əsas maliyyələşdiricilərindən biridir.
- Fond təxminən 12 milyard ABŞ dolları həcmində aktivləri idarə edir.
- Ətraf mühit və sosial yönümlü layihələr Fondun 5,8 milyard ABŞ dolları həcmində kredit portfelinin təxminən 20%-ni təşkil edir.