azia.az
azia.az

DGK suallarımıza niyə cavab vermir?

Dünən, 22:31

Bir müddəəvvəl Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks” Birliyində əməkdlaşlara qarşı ikili standartlarla yanaşılması ali təhsilli əməkdaşlarıillərləqanunsuz şəkildə inspektor vəzifəsində rütbəsiz fəaliyyət göstərmələri barədə məlumat vermişdik. Halbuki gömrük qanunvericiliyində rütbəsiz inspektor” anlayışı mövcud deyil. Bu vəziyyət artıq texniki nöqsan yox, sistemli hüquq pozuntusu xarakteri alıb.

Məsələnin ən diqqətçəkən tərəfi isə odur ki, ilkin rütbələrin verilməməsi kimison yaş həddi” əsas gətirilir.Bu, hüqui cəhətdən tam əsassızdır. ÇünkiGömrük orqanlarında xidmət haqqında Əsasnamə” açışəkildə göstərir ki,xüsusi rütbələr vaxtındaverilmədikdə,bu gecikmə əməkdaşın günahı ucbatından baş verməyibsə vaxtı keçmiş illər nəzərə alınmaqla rütbə verilməlidir. İllərlə rütbə verməyib, sonra da yaşın keçib” demək həm qanunun ruhuna, həm də elementar ədalət prinsipinə ziddir.Sonyaş həddi yalnız rütbəli şəkildə xidmət etmiş şəxslərə şamil olunduğu halda, illərlə rütbəsiz saxlanılan əməkdaşa bu həddi necə tətbiq etmək olar?İtirilmiş illər niyə tanınmır?

 Belə çıxır ki,əvvəlcə rütbə verilməyərək illəitirilir,sonra həmin itirilmiş illəəməkdaşın qarşısına yaş baryeri olaraq çıxarılır. Təəssüf ku,Dövlət Gömrük Komitəsinə ünvanladığımısorğu hələ də, cavablandırılmayıb.Komitədən sədr ilə müzakirə edib cavab veriləcəyi bildirilsə də,heç bir açıqlama təqdim olunmayıb.

Mövzunu diqqətdə saxlayacağıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi