azia.az
azia.az

İşdən qovulan icra başçısı ilə bağlı ŞOK DETAL — Prezidentə şikayəti kim EDİBMİŞ?

Dünən, 21:11

Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun işdən çıxarılmasının təfərrüatı məlum olub.

Azia.az  xəbər verir  ki, Axar.az-ın əldə etdiyi məlumata görə, E.İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub.

Bildirilir ki, yeni vəzifəsinə təyin olunan kimi Elxan İbrahimov məşhur “Ağçiçəyim” mağazalar şəbəkəsinin üzərinə 200 min manat öhdəlik qoyub.

Ölkə başçısı isə dərhal qərarını verib.

Qeyd edək ki, Elxan İbrahimov Azərbaycam Prezidenti İlham Əliyevin 2025-ci il 12 noyabr sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, dekabrın 29-də isə vəzifəsindən azad olunmuşdu.

Şirkət rəhbərliyi də buna görə ölkə rəhbərliyinə şikayət edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi