Maduro məhkəmədə bu sözləri dedi
Nyu Yorkda keçirilən məhkəmə prosesində Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores hakim qarşısına çıxarılıb.
Bu barədə “Sky News” məlumat yayıb.
Narkoterrorizm və digər cinayətlərdə ittiham olunan Nikolas Maduro və həyat yoldaşı Siliya Flores onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.
Maduro özünü təqsirsiz saydığını və “hərbi əsir” olduğunu deyib.
Onlar Venesuela səfirliyindən konsulluq yardım tələb ediblər. Məhkəmə Maduronun konsul əməkdaşları tərəfindən ziyarətinə icazə verib. O, həmçinin səhhətində problemlər olduğunu əsas gətirərək tibbi yardım üçün müraciət edib. Növbəti məhkəmə iclası 17 martda keçiriləcək.
Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi əməliyyat nəticəsində Maduronu və həyat yoldaşını saxlayaraq ölkədən çıxarıb.