azia.az
azia.az

Eyyubovun yerinə görün kim təyin olundu

Dünən, 00:04

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin yeni baş direktor və qaununi təmsilçi müəyyənləşib.

News24.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan Rəşad Daşdəmirovu bundan sonra Qibləliyev Samir Vaqif oğlu əvəz edəcək.

Belə ki, Samir Qibləliyev  “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin yeni baş direktor və qaununi təmsilçi olub.

Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri isə Ruslan Eyyubov olub.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov həbs olunublar. Sözügedən şəxslər ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirməkdə ittiham olunurlar.

Qeyd edək ki, məlumatı Qaynarinfo.az yayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi