azia.az
azia.az

İrəvan savaşda itkin düşənləri yenidən axtarır

Dünən, 22:30

Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Simonyanın sədrliyi ilə əsir, girov və itkin düşmüş şəxslərlə bağlı İdarələrarası Komissiyanın növbəti iclası baş tutub.

Bu barədə məlumatı Ermənistan MTX yayıb.

Məlumata görə, iclasda itkin düşmüş şəxslərin axtarışı üzrə tədbirlərin koordinasiyasına dair gələcək planlar, həmçinin qarşıdakı il ərzində maraqlı tərəflərlə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Rəsmi açıqlamada qeyd olunur ki, bu istiqamətdə fəaliyyətlərin daha sistemli və effektiv şəkildə həyata keçirilməsi əsas hədəf kimi müəyyən edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi